İtaliyalı deputatlar erməni təxribatları barədə məlumatlandırıldı

İtaliyalı deputatlar erməni təxribatları barədə məlumatlandırıldı

Hazırda oxunan: İtaliyalı deputatlar erməni təxribatları barədə məlumatlandırıldı

991

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ilə İtaliya Senatının Xarici Əlaqələr və Emiqrasiya Daimi Komissiyasının üzvləri arasında videokonfrans formatında görüş keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya bildiriblər ki, videokonfransı İtaliya tərəfdən komissiyanın sədri Rosario Petroçelli açaraq görüşün təşkilinə görə azərbaycanlı həmkarlarına təşəkkürünü bildirib. Qeyd edib ki, İtaliyada Azərbaycanın Dağlıq Qarabağ bölgəsində baş verənlər diqqətlə izlənilir. Ölkəmizin ərazi bütövlüyünü dəstəkləyən İtaliya hökuməti və xalqı tezliklə münaqişənin bitəcəyinə, qaçqın və köçkünlərin öz evlərinə qayıdacağına, Azərbaycan torpaqlarının işğalına son qoyulacağına ümid edir. Rosario Petroçelli bildirib ki, İtaliya ATƏT-in Minsk qrupuna üzv olan 13 ölkədən biri kimi hər zaman münaqişənin dinc yolla nizama salınmasını dəstəkləyib. Cənubi Qafqazda baş verənlərdən narahat olduqlarını vurğulayan komissiya sədri Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək tələbində haqlı olduğunu deyib.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Ermənistanın son günlərdə Azərbaycanın yaşayış məntəqələrini atəşə tutmasını, cəbhə xəttindən kənarda yerləşən, ölkənin ikinci böyük şəhəri olan Gəncəyə dalbadal raket zərbələri endirərək dinc əhalini qətlə yetirməsini, mülki obyektlərin, evlərin və infrastrukturun böyük dağıntılara məruz qalmasını diqqətə çatdırıb. Bu terror nəticəsində azyaşlı uşaqların, məktəblilərin, qadınların, qocaların həlak olduğunu xüsusi  vurğulayıb. Onlayn görüşdə İtaliya Senatının üzvləri Laura Garavini, Adolfo Urso, Enriko Aiminin münaqişə ilə bağlı suallarına deputatlarımız tərəfindən konkret faktlara söykənən cavablar verilib.

Videokonfransın sonunda İtaliya Senatının Xarici Əlaqələr və Emiqrasiya Daimi Komissiyasının sədri Rosario Petroçelli aparılan fikir mübadiləsinin səmərəli olduğunu bildirib, tezliklə koronavirus pandemiyasının bitməsi və normal şəraitdə qarşılıqlı görüşlərin keçirilməsi arzusunu ifadə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO