Putin MAQATE rəhbəri ilə nüvə məsələsini MÜZAKİRƏ EDİB 

Putin MAQATE rəhbəri ilə nüvə məsələsini MÜZAKİRƏ EDİB 

Hazırda oxunan: Putin MAQATE rəhbəri ilə nüvə məsələsini MÜZAKİRƏ EDİB 

98760

Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburqda Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) direktoru Rafael Mariano Qrossi ilə görüşüb. 

Bizim.Media Rusiya KİV-nə istinadən xəbər verir ki, Qrossi ilə görüşü haqda mətbuata açıqlama verib. 

Putin nüvə məsələsinin son vaxtlar tez-tez siyasi mövzuya çevrildiyini bildirib.

Bu vəziyyətin təhlükəli olduğuna işarə edən Putin, “Ümid edirik ki, səyləriniz sayəsində bu mövzuda bütün ritorikanı azalda və dünyada baş verən qarışıqlıqlara, mürəkkəb proseslərə baxmayaraq bu sahədə əməkdaşlığımızı normallaşdıra biləcəyik”. 

Rusiya Prezidenti Zaporojye Atom Elektrik Stansiyası ilə bağlı son vəziyyəti də məsləhətləşməyə hazır olduqlarını bildirib. 

Qrossi isə Zaporojye AES-lə bağlı bütün bölgədə zərərli nəticələrə səbəb ola biləcək nüvə qəzalarının qarşısını almaq üçün səy göstərdiklərini bildirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO