Ermənistan Azərbaycanın irəli sürdüyü BEŞ ŞƏRTİ qəbul edibsə... – Politoloqun ŞƏRHİ

Ermənistan Azərbaycanın irəli sürdüyü BEŞ ŞƏRTİ qəbul edibsə... – Politoloqun ŞƏRHİ

Hazırda oxunan: Ermənistan Azərbaycanın irəli sürdüyü BEŞ ŞƏRTİ qəbul edibsə... – Politoloqun ŞƏRHİ

98726

“Azərbaycan və Ermənistan sülh müqaviləsinin fundamental bəndləri üzrə razılıq əldə ediblər. İndi bunu həyata keçirmək qalır".

Bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "TVNET" kanalına müsahibəsində deyib. O bildirib ki, “biz jestlər edirik. Rəsmi İrəvan bu jestləri qiymətləndirməlidir”.

Bizim.Media-ya açıqlamasında politoloq Elşən Mirzəoğlu bildirir ki, İrəvan gerçəkdən əsas olan 5 şərti qəbul edibsə, perspektivdə Ermənistanla sərhədin delimitasiya və demarkasiyası istiqamətində müzakirələr aparmaq və sülh müqaviləsini də imzalamaq olar:
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanın Ermənistana ünvanladığı 5 ŞƏRT hansılardır? 


“Azərbaycan Prezidenti Ermənistanla münasibətlərdə mövcud problemlərin həlli məqsədilə 5 şərt irəli sürmüşdü.

Bu şərtlərin əsasında Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından imtina etməsi, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıması və ölkəmizin suverenliyini qəbul etməsi dayanır. İrəvan gerçəkdən bu əsas şərtləri qəbul edibsə, perspektivdə Ermənistanla sərhədin delimitasiya və demarkasiyası istiqamətində müzakirələr aparmaq və sülh müqaviləsini də imzalamaq olar.

Çavuşoğlu Türkiyənin xarici işlər naziri olaraq bu məsələdə daha etibarlı mənbədir. Amma ondan əvvəl də Yelisey sarayının saytında belə bir məlumat getmişdi ki, Avropa Birliyinin vasitəçiliyilə baş tutan görüşdə İrəvan artıq Azərbaycanın ərazi bütövlüyünü tanıyıb.
Lakin Paşinyanın hərəkətlərində obyektivlik görmürük. Laçın istiqamətində ermənilər tərəfindən Azərbaycan ərazisinin atəşə tutulması Ermənistanın Moskva razılaşmasının şərtlərini yerinə yetirməməsi anlamına gəlir.

Digər tərəfdən, Paşinyan yenə də qeyri-səmimi təsir bağışlayır. Paşinyan danışıqlar prosesinə ATƏT-in Minsk qrupunun qaytarılması mövqeyində qalır, yoxsa qalmır?

Qalırsa, Minsk qrupu vasitəsilə yenidən Qarabağın təhlükəsizliyilə bağlı əvvəllər qaldırdığı iddialarından imtina edir, ya yox? Erməni müxalifətinin millətçi kəsimi Paşinyanı hakimiyyətdən salmaq üçün bu fürsətdən yararlanmağa cəhd edəcək. Bu mənada hələlik aydın deyil ki, Paşinyan məlum iddiadan imtina edib, ya yox. İmtina edibsə, ən əsası Azərbaycanın ərazi bütövlüyünü tanımasıdır. Tanıyıbsa, perspektivdə hüquqi bazaya söykənib Ermənistanla sülh danışıqlarına getmək mümkündür”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO