Diplomatiyamız konkret nəticələr verir – Fərhad Məmmədov

Diplomatiyamız konkret nəticələr verir – Fərhad Məmmədov

Hazırda oxunan: Diplomatiyamız konkret nəticələr verir – Fərhad Məmmədov

98701

Son günlər Qərb ölkələri rəsmiləri Azərbaycana münasibətdə bir qədər yumuşaq mövqe sərgiləməyə başlayıblar. Təbii ki, rəsmi Bakının uzun illər apardığı mübarizənin sonucu kimi bu gözlənilən idi. Amma nə qədər ki, bu məslələr qəti qoyulmamışdı, Qərb susmağa üstünlük verirdi.

Görünən odur ki, Ermənistanın 30 ildir yürütdüyü işğalçılıq siyasətinə və törətdiyi vandallıqlara qarşı Azərbaycan həm ABŞ-dan, həm də Aİ-dən konkret fəaliyyət tələb edib.

Əlbəttə ki, bu gün Cənubi Qafqazda əsas məsələ Ermənistanla Azərbaycan arasında davamlı sülhün əldə edilməsidir. Dayanıqlı sülhün əldə edilməsi üçün isə bu durumu pozan şərtlərə aydınlıq gətirilməlidir:
Birincisi, Azərbaycan həqiqətlərini dünyaya olduğu kimi çatdırmaq.

İkincisi, erməni vəhşiliyini Beynəlxalq aləmdə kifayət qədər təşviq etmək.

Üçüncüsü, tarixi həqiqətin bərpasına nail olmaq. Yəni, artıq bütün sivilizasiya bilməli və qəbul etməlidir ki, tarixən ermənilər yox, türklər soyqırımına məruz qalıb.

Məsələ ilə bağlı Bizim.Media-ya ilə fikirlərini bölüşən politoloq Fərhad Məmmədov ABŞ və Böyük Britaniyanın Azərbaycanın təkidi ilə bəyanatlar verdiyini bildirdi:

“Çünki, Qərbin birtərəfli bəyanatları Azərbaycanla münasibətdə məhdudiyyətlər yaradır. Bu məhdudiyyətləri aradan qaldırmaq üçün onlar hər iki tərəfi narahat edən məsələləri öz bəyanatlarında əks etdirirlər. Bu da onu göstərir ki, Azərbaycan diplomatiyası öz istəklərinə nail ola bilir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO