Qubada qadağan olunmuş fəaliyyətə görə bir qrup dindar cərimələndi - Məhkəmə QƏRARI

Qubada qadağan olunmuş fəaliyyətə görə bir qrup dindar cərimələndi - Məhkəmə QƏRARI

Hazırda oxunan: Qubada qadağan olunmuş fəaliyyətə görə bir qrup dindar cərimələndi - Məhkəmə QƏRARI

98620

Qubada Qafqaz Müsəlmanları İdarəsinin Quba rayonu üzrə sabiq səlahiyyətli nümayəndədi Elnur Əfəndiyevin evində axtarış aparıldığı barədə məlumat vermişdik. Artıq həmin şəxslər inzibati məsuliyyətə cəlb edilib.

Bizim.Media-nın əldə etdiyi məlumata görə, Elnur Əfəndiyev və evində qanunsuz yığışan şəxslər Quba rayon məhkəməsinin qərarı ilə hər biri 1500 manat məbləğində cərimə edilib.

Qeyd edək ki, bir neçə gün əvvəl Elnur Əfəndiyevin evində axtarış aparılıb.

Məlumatlı mənbənin verdiyi xəbərə görə, axtarışa səbəb burada gizli icma toplantıları və qanunsuz dini kitabların təbliği olub.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO