Məşhur meyxanaçı Rəşad Dağlı oğlu Yusifə kiçik toy edib.
Bizim.Media xəbər verir ki, məclis Xəzər rayonunun Buzovna qəsəbəsindəki restoranlardan birində baş tutub.
Dağlının 11 yaşlı övladının təmtəraqlı məclisində meyxana aləminin bir sıra tanınmış simaları və yaxın dostları yer alıb. Diqqət çəkən məqam isə söz xiridarının oğlunun xoş günündə 500-ə yaxın qonağın iştirak etməsi olub.
Rəşad Əliyev, Bizim.Media



