İspaniyalı müdafiəçinin \

İspaniyalı müdafiəçinin \"Qarabağ\"a qarşı oynamayacaq

Hazırda oxunan: İspaniyalı müdafiəçinin \"Qarabağ\"a qarşı oynamayacaq

98535

Yunanıstanın "Olimpiakos" klubunun futbolçusu Qonsalo Avilanın Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur matçını buraxacağı dəqiqləşib. 

Bizim.Media Pirey təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, bud əzələsindən zədə alan 24 yaşlı müdafiəçi tibbi müayinədən keçib. Onun təqribən 10 gün yaşıl meydanlardan kənarda qalacağı bəlli olub. 

İspaniyalı oyunçu avrokubok Bakıdakı qarşılaşma ilə yanaşı, Yunanıstan Super Liqasında PAOK-la VIII tur görüşündə də iştirak edə bilməyəcək. 

Qeyd edək ki, oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq "Qarabağ" - "Olimpiakos" oyunu saat 20:45-də başlayacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO