ADY sərnişinlərin istəyini NƏZƏRƏ ALDI - Sumqayıt-Bakı qatarında dəyişiklik  

ADY sərnişinlərin istəyini NƏZƏRƏ ALDI - Sumqayıt-Bakı qatarında dəyişiklik  

Hazırda oxunan: ADY sərnişinlərin istəyini NƏZƏRƏ ALDI - Sumqayıt-Bakı qatarında dəyişiklik  

98512

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişinlərin təhlükəsiz və rahat gediş-gəlişini təmin etmək məqsədilə 10 oktyabr tarixindən Sumqayıt-Xırdalan-Bakı istiqaməti üzrə qatarların hərəkət cədvəlində dəyişikliklər edib. 

Bizim.Media xəbər verir ki, bu barədə ADY-dən bildirilib.  

Məlumata görə, dəyişikliklə bağlı müşahidələr aparılıb, o cümlədən sərnişinlərin rəyləri öyrənilib. Qatarların qrafikində dəyişiklik sözügedən istiqamətdə sərnişin sıxlığını qismən aradan qaldırıb. 
"Bu səhər Xırdalan stansiyasında olduq və dəyişiklikdən sonra xidmətimizdən istifadə edən sərnişinlərin rəyini öyrəndik. Sərnişinlər dəyişiklikləri müsbət qarşılayıb və mövcud sərnişin sıxlığının qismən aradan qalxdığını bildiriblər",- deyə məlumatda qeyd olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO