Britaniyalı səfir: “İlk dəfə Azərbaycana Azərbaycan dili tələbəsi kimi gəlmişəm”

Britaniyalı səfir: “İlk dəfə Azərbaycana Azərbaycan dili tələbəsi kimi gəlmişəm”

Hazırda oxunan: Britaniyalı səfir: “İlk dəfə Azərbaycana Azərbaycan dili tələbəsi kimi gəlmişəm”

98416

“Hörmətli cənab Prezident, Britaniya səfirliyində görüşərkən Sizə dediyim kimi, mən ilk dəfə Azərbaycana Azərbaycan dili tələbəsi kimi gəlmişəm. Altı həftə ərzində Gəncə şəhərində yerli bir ailə ilə yaşadım, onların yeməklərini yedim və həyatlarını paylaşdım”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Fergus Auld oktyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qəbulunda olarkən deyib.

“Sizin mənə söylədiyiniz kimi, bu öyrənmə Sizin mədəniyyətinizə dərin hörmətimi və böyük ölkənizi anlamaq istəyimi göstərdi. Xoş qarşılanmağım və xalqınızın qonaqpərvərliyi məni valeh etdi. Çox şadam ki, Azərbaycana səfir və dost kimi qayıdıram. Mən ümid edirəm ki, təzə bardağın suyu sərin olar”, deyə səfir yekunlaşdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO