Ermənistanın qarayaxma kampaniyaları normallaşmaya maneədir - XİN 

Ermənistanın qarayaxma kampaniyaları normallaşmaya maneədir - XİN 

Hazırda oxunan: Ermənistanın qarayaxma kampaniyaları normallaşmaya maneədir - XİN 

98360

"Azad olunmuş ərazilərdə bərpa, yenidənqurma və reinteqrasiya işləri həyata keçirilir. Azərbaycanın prinsipial mövqeyi dəyişməz olaraq qalır. Azərbaycan qalib ölkə olaraq qarşı tərəfə sülh müqaviləsinin imzalanmasını təklif edib”. 

Bizim.Media xəbər verir ki, bunu Stajçı-Attaşelər üçün ADA Universitetində keçirilən Xarici Siyasət Proqramı (AFSP – Advanced Foreign Service Program) təliminin açılışında xarici işlər nazirinin müavini Elnur Məmmədov deyib. 

O bildirib ki, Azərbaycan müstəqillik, suverenlik və ərazi bütövlüyünə hörmət prinsipləri əsasında Ermənistanla münasibətlərin normallaşmasının tərəfdarıdır:

“Ermənistanın destruktiv mövqeyi, Azərbaycana qarşı qarayaxma kampaniyaları münasibətlərin normallaşmasına maneələr törədir”. 

Elnur Məmmədov qeyd edib ki, Azərbaycan 2020-ci ilin noyabrında imzalanan üçtərəfli bəyanatın müddəalarını yerinə yetirməyə davam edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO