Avropa kuboku: Kişi şahmatçılarımız növbəti qələbələrini qazandılar

Avropa kuboku: Kişi şahmatçılarımız növbəti qələbələrini qazandılar

Hazırda oxunan: Avropa kuboku: Kişi şahmatçılarımız növbəti qələbələrini qazandılar

98211

Azərbaycanın kişilərdən ibarət “Vüqar Həşimov” və qadınların təmsil olunduğu “Odlar Yurdu” komandası Avstriyanın Mayrhofen şəhərində keçirilən Avropa kubokunda çıxışlarını davam etdirirlər.

Bizim.Media xəbər verir ki, “Vüqar Həşimov” komandası 6-cı turda “Schachgesellschaft Riehen” (İsveçrə) yığmasına 5:1 hesabı ilə qalib gələrək üçüncü yerə yüksəlib.

Kişi şahmatçılarımız 6 turda 10 xal toplayıblar. “Odlar Yurdu” isə Avstriyanın “ASVOe Pamhagen” komandasına 1,5:2,5 hesabı ilə uduzub.

“Odlar Yurdu” 6 turun nəticəsinə görə 6 xalla 8-10-cu yerləri bölüşür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO