5 asteroid Yerə yaxınlaşır

5 asteroid Yerə yaxınlaşır

Hazırda oxunan: 5 asteroid Yerə yaxınlaşır

9817

NASA-nın məlumatına görə, bir həftə ərzində 5 asteroid Yer Planetinin yaxınlığından keçəcək.

Bizim.Media “REN TV”yə istinadən xəbər verir ki, yanvarın 28-i planetimizdən Aya qədər 2.2 milyon kilometr məsafədə “2021 BZ” asteroidi müşahidə olunacaq. Adıçəkilən asteroidin ölçüləri 29-dan 65 metrə qədər təxmin edilir.

Planetimizin yanından yanvarın 29-u ötəcək digər asteroid “2021 AG7”dir. Onun uzunluğu 49-dan 100 metrə qədərdir. Həmin gün Bakı vaxtı ilə saat 21-37-də “2021 AF7” asteroidi də Yerin yaxınlığından keçəcək. Onun ölşüləri isə 53 metrədək dəyərləndirilir.

Fevralın 2-si planetimizə “”2021 AL” və “2021 BD3” asteroidləri də yaxınlaşacaq. Onların ölçüləri isə 63 metrə qədərdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO