Yeniyetmələrimiz daha çox kimə bənzəmək istəyirlər? – Avtoritetlər, yoxsa müharibə QƏHRƏMANLARI?

Yeniyetmələrimiz daha çox kimə bənzəmək istəyirlər? – Avtoritetlər, yoxsa müharibə QƏHRƏMANLARI?

Hazırda oxunan: Yeniyetmələrimiz daha çox kimə bənzəmək istəyirlər? – Avtoritetlər, yoxsa müharibə QƏHRƏMANLARI?

98143

Təhsil Araşdırmalar Mərkəzinin Bakının orta məktəblərinin V, VI və VII siniflərində apardığı sorğulara görə şagirdlər kriminal aləmin avtoritetlərini daha yaxşı tanıyır, nəinki müxtəlif sahələr üzrə tanınmış dünya şöhrətli şəxsləri. Hətta bəzi şagirdlərin davranışında kriminal aləmin insanlarına xas hərəkətləri imitasiya etmək cəhdləri də müşahidə edilir.

Bu hal özünü xüsusən də daha yuxarı sinif şagirdlərində göstərir. Belə ki, onlar münasiqəşələri onlara xas formada mübahisələndirməklə həll etməyə cəhd edirlər. 

Bizim.Media-ya açıqlamasında təhsil eksperti Ramal Şəmşədli bildirir ki, belə vəziyyət şagirdlərin intelektual zəifliyindən, uşağın özbaşına olması və ona münasibətdə lazımi nəzarətin yoxluğundan irəli gəlir: 

“Məktəb yaşlı uşaqlar müxtəlif filmlərə baxır, ədəbiyyat oxuyur. Ürəklərində hər zaman romantik duyğular olur. Çalışırlar ki, özlərini qəhrəmanlaşdırsınlar.
Bu fonda da onların gözündə kriminal avtoritetlər böyük şəxslər hesab edilir. Belədə uşaqlar da çalışır ki, özlərini kriminal avtoritetlərə bənzətsin, onların yolu ilə getsinlər. Onlar özlərini kriminal avtoritetlərə oxşatmaqla müxtəlif qruplar yaradıb, dava-dalaş da salırlar. Bir sıra hallarda şagirdlər ciblərində soyuq silah da gəzdirir. Bu təhlükəli tendensiyadır”. 

Bu tendensiyanın aradan qaldırılması üçün ekspertin fikrincə, müəllim və valideynlərin üzərinə böyük məsuliyyət düşür.

Prosesin bu cür hal almaması üçün həmsöhbətimiz böyüklərin uşaqlar üzərində nəzarətinin gücləndirilməli olduğu qənaətindədir:

“Çünki yeniyetmə  romantizmi çox təhlükəlidir. Onların orta xətti yoxdur, ya qara zolaqda. Ya da ağ zolaqda olurlar. Böyüklər həmin uşaqlara yetkin yaşında olmadıqlarını, özlərini formalaşdırmalı, özünü ifadə etmə tərzinin cəmiyyətin sosial sifarişlərinə uyğun  olmalı olduğunu anlatmalıdır. İlk dərsi uşağa valideynlər verməlidir.

Uşaqların beyninə elə bir ideyalar təbliğ edilməlidir ki, onlar yaxşı ilə pis arasında olan fərqi anlasınlar.
Həm də Vətən Müharibəsindən çıxmış ölkə üçün çoxlu qəhrəmanlıq nümunələri var. Yaxşı olardı ki, uşaqları bu istiqamətə yönəltmək üçün, qəhrəmanlarımız haqqında hekayələr dərsliklərə salınsın, çoxlu bu mövzuda filmlər çəkilsin. Bizim istinad yerlərimiz kifayət qədərdir”. 

Rüfət Sulta, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO