Qubada sabiq dini rəhbərin evində AXTARIŞ aparılıb - SƏBƏB

Qubada sabiq dini rəhbərin evində AXTARIŞ aparılıb - SƏBƏB

Hazırda oxunan: Qubada sabiq dini rəhbərin evində AXTARIŞ aparılıb - SƏBƏB

98139

Quba şəhərində Qafqaz Müsəlmanları İdarəsinin Quba rayonu üzrə keçmiş səlahiyyətli nümayəndəsi Elnur Əfəndiyevin yaşadığı evdə axtarış aparılıb. 

Axtarışın səbəbi kimi rəsmi məlumat verilməsə də Əfəndiyevin evində gizli icma yığışmaları, qadağan olunmuş dini kitabların olduğu ehtimal edilir.  

Axtarış tədbirlərində Dini Qurulmlarla İş üzrə Dövlət Xidmətinin Quba bölgəsi üzrə əməkdaşları da iştirak edib. Elnur Əfəndiyev rayon polis şöbəsinə aparılıb və ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.
Keçmiş səlahiyyətli nümayəndənin evində axtarış aparılması məhkəmə qərarı əsasında baş tutub.

Onun qarşıdakı həftənin ilk günü məhkəmə qarşısına çıxarılacağı bildirilir. Qubanın hüquq-mühafizə orqanlarından Bizim.Media-ya fakt təsdiqləyiblər.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO