“Rusiya bu il yanvarın 3-də nüvə silahına malik beş dövlətin liderlərinin nüvə müharibəsinin yolverilməzliyini təsdiq edən bəyanatına sadiq qalır”.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Arqumentı i faktı” qəzetinə müsahibəsində bildirib.
“Ən yüksək səviyyədə təsdiq edilmiş bu sənədə uyğun olaraq, nüvə silahına malik ölkələr arasında hər hansı silahlı münaqişənin qarşısını almaq lazımdır.
Rusiyanın müəyyən nəticələrlə üzləşəcəyi barədə səs-küylü bəyanatlara gəlincə, bu cür təhdid dili, təbii ki, qəbuledilməzdir. Onlarla bu mövzunu müzakirə etmək fikrində deyilik, çünki bunun faydasızlığı açıq-aydındır” – deyə XİN rəgbəri qeyd edib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
14:12 / 08.10.2022
“Rusiya nüvə müharibəsinin yolverilməzliyini təsdiq edən bəyanata sadiqdir” - Lavrov
Hazırda oxunan: “Rusiya nüvə müharibəsinin yolverilməzliyini təsdiq edən bəyanata sadiqdir” - Lavrov
Hazırda oxunan: “Rusiya nüvə müharibəsinin yolverilməzliyini təsdiq edən bəyanata sadiqdir” - Lavrov
98138
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.