ARB TV yeni mövsümdə sağlamlıq imkanları məhdud olan şəxslərin həyat tərzini işıqlandıracaq, onların arzularını gerçəkləşdirəcək yeni layihəyə imza
atıb.
“Yaxşı ki, varsan” adlanan veriliş xüsusi qayğıya ehtiyacı olan və fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyası, onlarla münasibətdə diqqət edilməli məqamlardan bəhs edir. Layihənin izləyicilərə ötürmək istədiyi əsas mesaj budur:
“Fiziki məhdudiyyətlər onların qüsuru deyil, taleyidir. Bu taleyi xoşbəxt yaşamaları üçün sevgimizi və şəfqətimizi əsirgəməyək”.
Verilişin hər sayında bir fiziki məhdudiyyətli şəxsin həyat hekayəsi tamaşaçılara təqdim olunur, dünyaya onun gözlərindən baxılır. Proqramın yaradıcı heyyəti verilişin qəhrəmanının arzusunu – sevdiyi, bəyəndiyi və görmək arzusunda olduğu məşhurla görüşünü təşkil edir.
Layihənin ilk buraxılışının qonağı Xalq artisti, sevilən sənətkar Gülyanaq Məmmədova olub.O, Xaçmaz rayonunda yaşayan, sağlamlıq imkanları məhdud 22 yaşlı Elmarla görüşüb. Verilişin ilk sayı 9 oktyabr saat 14:30-da ARB-də yayımlancaq.
Çəkiliş qrupunun əsas məqsədi bundan sonra da sağlamlıq imkanları məhdud şəxsləri axtarıb tapmaq və onların arzularını reallaşdırmaqdır. Verilişin qəhrəmanları isə təkcə paytaxt Bakıdan deyil, ölkənin bütün regionlardan seçiləcək.
“Yaxşı ki, varsan” layihəsi hər həftənin bazar günü saat 14:30-da ARB-nin efirində yayımlanacaq. Verilişin layihə rəhbəri Məhsim Məhsimov, aparıcısı Coşqun Viləşdir.
Bizim.Media
- A-
- A
- A+
Multimedia
13:30 / 08.10.2022
ARB TV-də yeni layihə - “Yaxşı ki, varsan” - VİDEO
Hazırda oxunan: ARB TV-də yeni layihə - “Yaxşı ki, varsan” - VİDEO
Hazırda oxunan: ARB TV-də yeni layihə - “Yaxşı ki, varsan” - VİDEO
98131
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.