Azərbaycan teleməkanında yeni layihə - “KİNOMUZ” efirə gəlir 

Azərbaycan teleməkanında yeni layihə - “KİNOMUZ” efirə gəlir 

Hazırda oxunan: Azərbaycan teleməkanında yeni layihə - “KİNOMUZ” efirə gəlir 

97957

ATV kanalında yeni kino verilişi efirə çıxır. “Kinomuz” adlanan proqramda həm klassik, həm də yeni filmlərimizdən bəhs olunacaq. Veriliş araşdırma, analiz materialları və çəkiliş meydançalarından reportajlar üzərində qurulub.

“Kinomuz”da Azərbaycan kinomotoqrafiyasında iz qoyan şəxslər barədə məlumatlar, klassik filmlər haqqında tamaşaçılardan gizlədilən həqiqətlər, yeni filmlərimizin qüsur və müsbət tərəflərini önə çıxaran rubrikalar təqdim olunacaq.
Verilişin oktyabrın 7-də saat 23:00-da efirə gedəcək ilk sayında Azərbaycan kinosunda silinməz izlər qoyan kinorejissor Rasim Ocaqovun “Təhminə” filmimdən bəhs edilir. Yeni filmlərimizdən isə “5 betər” hədəf götürülüb. Veriliş çərçivəsində tamaşaçılara yeni – “İntizar” serialının çəkiliş meydançasından reportaj da təqdim ediləcək.

Bu və başqa rubrikaların yer aldığı “Kinomuz” verilişi hər həftənin cümə günü saat 23:00-da efirdə olacaq.

Qeyd edək ki,layihənin rəhbəri Məhsim Məhsimov,aparıcısı Günəş Tegin,ssenari müəllifi Sərdar Amindir. 

“Kinomuz”a baxın!

Bizim.Media
 











© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO