Elektrik dirəklərinin hissələrini oğurlayan şəxslər saxlanıldı – FOTO/VİDEO

Elektrik dirəklərinin hissələrini oğurlayan şəxslər saxlanıldı – FOTO/VİDEO

Hazırda oxunan: Elektrik dirəklərinin hissələrini oğurlayan şəxslər saxlanıldı – FOTO/VİDEO

97753

Onlar paytaxtın fasiləsiz enerji ilə təchizatını ciddi təhlükə altına qoyublar.

Bakı və Sumqayıt şəhərlərini, həmçinin Abşeron yarımadasını elektrik enerjisi ilə təchiz edən yüksək gərginlikli  strateji əhəmiyyətli hava xətlərinin metal dayaqları müxtəlif vaxtlarda naməlum şəxslər tərəfindən oğurlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı DİN-in Mətbuat Xidməti yayıb.

Mənbə yazır ki, elektrik dayaqlarının Abşeron rayonu ərazisindən keçən hissəsində baş verən oğurluq paytaxtın enerji təminatını təhlükə altına atıb. Hadisə ilə bağlı dərhal Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.

Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən oğurluqları törətməkdə şübhəli bilinən Bahadur Zahidov və qardaşı Əfrail saxlanılaraq istintaqa təqdim ediliblər.
Bu şəxslər elektrik dirəklərinin hissələrini oğurlayaraq Binəqədi rayonunda yerləşən metal qəbulu məntəqələrindən birinə satdıqlarını bildiriblər.

Əməliyyat tədbirlərinin davamı olaraq oğurluq olduqlarını bilə-bilə həmin metal hissələri alan məntəqə sahibləri Murad Bəhramov və qardaşı Sülhəddin də saxlanılaraq Polis Bölməsinə gətiriliblər.

Bu şəxslərə məxsus obyektə baxış zamanı oğurlanan elektrik dirəkələrinin metal hissələri aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Qobu Polis Bölməsində toplanan materiallar Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Saxlanılan şəxslərin ətraflarında əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bizim.Media
 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO