Bakı Şəhər Prokurorluğunun sabiq müstəntiqinin cəzası azaldıldı

Bakı Şəhər Prokurorluğunun sabiq müstəntiqinin cəzası azaldıldı

Hazırda oxunan: Bakı Şəhər Prokurorluğunun sabiq müstəntiqinin cəzası azaldıldı

97744

Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsinin sabiq böyük müstəntiqi Müşfiq Abbasovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bizim.Media xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Cavid Hüseynin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara görə, Müşfiq Abbasovun şikayəti qismən təmin olunub və onun cəzası 4 il 3 aya endirilib.

Qeyd edək ki, Müşfiq Abbasov 7 il müddətinə azadlıqdan məhrum edilib. Barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilmiş M.Abbasov məhkəmə zalında həbs edilib.
İttihama əsasən, Müşfiq Abbasov Bakı şəhər Prokurorluğunun müstəntiqi kimi, icraatında olan dələduzluq işinə xitam vermək adıyla təqsirləndirilən Vüqar Əsədovun qohumlarından 40 min manat pul alıb, onları aldatmaqda təqsirli bilinib.

Başqa bir ittiham isə budur ki, sabiq müstəntiq tanışı İlyas Sadıqova ona borclu olan adamdan pulunu (840 min manat) alıb, özünə qaytaracağına söz verib. Deyib ki, həmin adamın haqqında cinayət işi başlanacaq, bundan sonra o, məcbur qalıb, pulunu qaytaracaq. Bu işi görməkdən ötrü isə tanışından 20 min dollar alıb.

Xatırladaq ki, Müşfiq Abbasov 12 iyun 2014 tarixindən 11 sentyabr 2017-ci il tarixinə kimi Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsinin böyük müstəntiqi vəzifəsində işləyib. O, 11 sentyabr 2017-ci ildə yol verdiyi nöqsanlara görə prokurorluq orqanlarindan xaric olunub.

Müşfiq Abbasov bundan əvvəl də mühakimə olunub.

O, Səbail Rayon Məhkəməsinin 6 dekabr 2017-ci il tarixli hökmü ilə dələduzluq, vəzifə səlahiyyətlərini aşma cinayətlərini törətməkdə təqsirli bilinərək 2 il 6 ay müddətinə dövlət və yerli özünü idarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 il 6 ay müddətinə cəza alıb.
Onun cəzası  Cinayət Məcəlləsinin 70-ci (şərti məhkumetmə) maddəsi tətbiq edilməklə 3 il sınaq müddəti ilə həmin cəzaya şərti hesab olunub.

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO