Ev alqı-satqısında vətəndaşları aldadan şəxs tutuldu - VİDEO 

Ev alqı-satqısında vətəndaşları aldadan şəxs tutuldu - VİDEO 

Hazırda oxunan: Ev alqı-satqısında vətəndaşları aldadan şəxs tutuldu - VİDEO 

97572

Bakıda “bahalı evlərin ucuz qiymətə satışı” adı altında elanlar yerləşdirməklə vətəndaşları aldadan şəxs tutulub. 

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.  

Bildirilir ki, daşınmaz əmlak saytlarında “bahalı evlərin ucuz qiymətə satışı” adı altında elanlar yerləşdirməklə vətəndaşları kütləvi şəkildə aldadadaraq “beh” alan 1989-cü il təvəllüdlü Röyal Hüseynov polis əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb edilib.  
O, ilkin ifadəsində onlarla şəxsə qarşı dələduzluq etdiyini etiraf edib. Araşdırmalar davam etdirilir. 

Vətəndaşlara tövsiyə edirik ki, kirayə, yaxud digər daşınmaz əmlakla bağlı elan saytlarında tanımadıqları şəxslərə onlayn ödənişlər etməsinlər. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO