“Bəzən deyirlər ki, yaxşı sənətkardır, amma insan kimi yaxşı deyil. Xoşbəxtəm ki, Allah mənə insani cəhətlər də verib. Bunu məni tərbiyə verən valideynlərimdən görmüşəm. Sənəti də mənə Allah verib”.
Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Nazpəri Dostləliyeva qonaq olduğu “Axşam havası” şousunda deyib.
Sənətçi bəzi həmkarlarının özlərini ekran qarşısında öymələrinə və tərifləmələrinə qarşı çıxıb və bunu doğru olmadığını dilə gətirib.
“O incəsənət nümayəndəsi ki, özünü tərifləyir, özündən danışır, aciz, qorxaq adamdır. O qorxur ki, birdən ona deyərlər ki, sənin ifan yaxşı deyil, qabaqdan gəlmişdik edib, hər kəsdən yaxşı konsert oxuduğunu, yaxşı toy apardığını deyir. Bu xüsusiyyət kimdə varsa, o zəif insandır.
Onun sənəti də özü kimi zəifdir. Heç zaman heç kim özünü tərifləməsin. Sənəti olanda insan gərək özünü heç zaman tərifləməsin. İnsan bu sənətdədirsə, o yaratmalıdır. Bu gün gənc nəsil Nazpərinin bir çox mahnılarını tanıyır və bilir. Əgər bu varsa, sənin yoxluğun heç zaman bilinməyəcək. Sən hər zaman var olacaqsan. Heç zaman özün-özünə qiymət vermə. Qoy xalq o qiyməti sənə versin”, - deyə N.Dostəliyeva fikirlərini ifadə edib.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
16:08 / 05.10.2022
Nazpəri: "Özünü tərifləyən müğənni acizdir" - VİDEO
Hazırda oxunan: Nazpəri: "Özünü tərifləyən müğənni acizdir" - VİDEO
Hazırda oxunan: Nazpəri: "Özünü tərifləyən müğənni acizdir" - VİDEO
97563
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.