“Azərbaycanın Qarabağ regionunda yaşayan erməni əhalisi bizim vətəndaşlarımızdır. Biz onların həyatını necə qaydaya salacağımızı heç bir beynəlxalq mərkəzlə müzakirə etməyəcəyik”.
Bizim.Media xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Ağdamda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumundakı çıxışında söyləyib.
MÖVZU İLƏ BAĞLI:
Ağdamda ilk Forum - Prezident çıxış edir - Canlı
Qarabağın Azərbaycan torpağı olduğunu bir daha diqqətə çatdıran dövlət başçısı deyib:
“İkinci Qarabağ müharibəsi bunu sübut etdi. Hətta işğal illərində dünyada Ermənistan da daxil olmaqla heç bir ölkə bu rejimi tanımadı”.
Bizim.Media