Bakıdan Mumbaya birbaşa uçuşlar başlayır

Bakıdan Mumbaya birbaşa uçuşlar başlayır

Hazırda oxunan: Bakıdan Mumbaya birbaşa uçuşlar başlayır

97455

AZAL noyabr ayından etibarən Bakı-Mumbay arasından birbaşa uçuşlara başlayacaq. 

Bizim.Media xəbər verir ki, bu barədə Hindistanın Azərbaycandakı səfirliyindən bildirilib.

Məlumata görə, uçuşlar həftədə iki dəfə olmaqla həyata keçiriləcək. 

Məlumata görə, bu da sərnişinlərin Bakıdan Mumbaya və əks istiqamətə beş saata çatmasına imkan verəcək.

Artıq Mumbaydan uçuşlar üçün aviabiletlərin satışına başlanılıb və tələbatın yüksək olacağı gözlənilir:

"Dekabrın ortalarında səyahət üçün Mumbay-Bakı reyslərində ekonom sinif yerləri hazırda aviaşirkətin saytında satılıb. Gediş-gəliş üçün biznes sinif oturacaqlarının qiyməti təxminən 1770 ABŞ dolları təşkil edir" - deyə, bildirilib. 
Qeyd edək ki, avqust ayından etibarən Bakı və Dehli arasında həftədə iki dəfə olmaqla uçuşlara başlanılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO