Komandalarımız Avropa Şahmat Kubokunda növbəti oyunlarını KEÇİRİB 

Komandalarımız Avropa Şahmat Kubokunda növbəti oyunlarını KEÇİRİB 

Hazırda oxunan: Komandalarımız Avropa Şahmat Kubokunda növbəti oyunlarını KEÇİRİB 

97442

Kişilərdən ibarət "Vüqar Həşimov" və qadınlardan ibarət "Odlar Yurdu" komandası Avstriyanın Mayrhofen şəhərində keçirilən Avropa Şahmat Klub Kubokunda növbəti oyunlarını keçirib. 

Bizim.Media xəbər verir ki, "Vüqar Həşimov" II turda İsveçin "Stockholms" kollektivini sınağa çəkib. Görüş Azərbaycan təmsilçisinin 4,5:1,5 hesablı qələbəsi ilə başa çatıb. 

"Odlar Yurdu" isə Ukraynanın "Blue & Yellow" klubu ilə üz-üzə gəlib və rəqibini 3:1 hesabı ilə məğlub edib. 

Kişilər 

II tur 

"Vüqar Həşimov" - "Stockholms" - 4,5:1,5 

Kiril Şevçenko - Lars Hauge - 1:0 

Misrətdin İskəndərov - Can Ertan - 0,5:0,5 

Vüqar Əsədli - Erik Torn - 0:1 

Əhməd Əhmədzadə - Karl Sederstam - 1:0 

Ülvi Sadıxov - Nils-Qustam Rehman - 1:0 

Xəzər Babazadə - Felik Tuomainen - 1:0 

Qadınlar 

"Blue & Yellow" - "Odlar Yurdu" - 1:3 

Natalya Buksa - Günay Məmmədzadə - 0,5:0,5 

İnna Qaponenko - Ülviyyə Fətəliyeva - 0:1 

Yevgeni Doluxanova - Xanım Balacayeva - 0,5:0,5 

Diana Tarleva - Gövhər Beydullayeva - 0:1 

Qeyd edək ki, "Vüqar Həşimov" komandası ilk turda İngiltərə "Şarks"ını, "Odlar Yurdu" isə

Fransa "Filidor"unu məğlub edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO