Lavrov Zərifi qəbul etdi

Lavrov Zərifi qəbul etdi

Hazırda oxunan: Lavrov Zərifi qəbul etdi

9740

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və onun iranlı həmkarı Məhəmməd Cavad Zərif arasında görüş keçirilib.

Bizim.Media-nın Rusiya mətbuatına istinadən xəbər verir ki,  görüş Rusiya Xarici İşlər Nazirliyinin (XİN) Qəbullar Evində baş tutub.

Qeyd edək ki, Lavrov-Zərif görüşündə Dağlıq Qarabağda vəziyyət, İranın nüvə proqramı ilə bağlı Hərtərəfli Birgə Fəaliyyət Planı ətrafında vəziyyət, Suriya nizamlanması, Əfqanıstan, Fars körfəzi zonasında durum  əsas müzakirə mövzusu olacaq.

Bundan başqa, Rusiya-İran arasındakı ikitərəfli münasibətlərin gələcək inkişafı istiqamətində konkret addımların atılması barəsində fikir mübadiləsi aparılacaq.

Görüşün yekunu ilə bağlı Rusiya və İran XİN başçıları birgə mətbuat konfransı keçirəcəklər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO