Serbiya, Macarıstan və Avstriya qlobal böhrana dəstək barədə RAZILAŞDI 

Serbiya, Macarıstan və Avstriya qlobal böhrana dəstək barədə RAZILAŞDI 

Hazırda oxunan: Serbiya, Macarıstan və Avstriya qlobal böhrana dəstək barədə RAZILAŞDI 

97217

Serbiya prezidenti Aleksandar Vuçiç, Macarıstanın baş naziri Viktor Orban və Avstriya kansleri Karl Nehammer Budapeştdə keçirilən görüşdə qlobal böhran zamanı ərzaq, enerji və qeyri-qanuni miqrasiyanı dəstəkləmək barədə razılığa gəliblər. 

Bizim.Media xəbər verir ki, bunu Serbiya prezidenti Aleksandr Vuçiç “Pink” telekanalına müsahibəsində deyib. 

“Ukraynada getdikcə artan münaqişə ərəfəsində mən inanıram ki, biz daha da böyük iqtisadi və enerji təzyiqi altında qalacağıq. Vəziyyət çox çətindir. Biz ilk növbədə Macarıstanla, eyni zamanda Avstriya ilə hər mənada dəstək, qida, qaz, sərhədlərimizi qeyri-qanuni miqrantlardan qorumaq barədə razılığa gəlmişik”, - Vuçiç bildirib. 
Serbiya prezidenti qeyd edib ki, görüşlərdə ölkənin maliyyə naziri Sinişa Mali və Macarıstanın xarici işlər naziri Peter Siyarto da iştirak edib və maliyyə ilə bağlı bütün məsələlərin müzakirəsi olub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO