Azərbaycanlıların ermənilərdən qorunmaq üçün 6 ay sığındığı “ZAR MAĞARASI” - AZTV-dən yeni LAYİHƏ - VİDEO

Azərbaycanlıların ermənilərdən qorunmaq üçün 6 ay sığındığı “ZAR MAĞARASI” - AZTV-dən yeni LAYİHƏ - VİDEO

Hazırda oxunan: Azərbaycanlıların ermənilərdən qorunmaq üçün 6 ay sığındığı “ZAR MAĞARASI” - AZTV-dən yeni LAYİHƏ - VİDEO

97189

Azərbaycan Televiziyası 6 aya yaxın ermənilərdən qorunmaq üçün mağaraya sığınmış azərbaycanlılarla bağlı sənədli film hazırlayıb. 

Bu barədə Bizim.Media-ya QSC-nin İctimaiyyətlə əlaqələr və sosial media şöbəsindən məlumat verilib. 

Məlumata görə, real hadisələr əsasında lentə alınan sənədli film 1993-cü ildə düşməndən qorunmaq üçün 6 aya yaxın Kəlbəcərin Zar mağarasında gizlənən 3 kişi və 1 qadının həmin mağarada yaşadıqlarından bəhs edir. 
Filmin 4 saatdan çox çəkən çəkilişləri Ermənistanla sərhəd ərazidə, Zar kəndindəki sözügedən mağarada çəkilib. 

Qeyd edək ki, filmin quruluşçu rejissoru Hüseyn Kazımov, ssenari müəllifi isə Almaz Mahmuddur. “Zar mağarası” filmi barədə daha ətraflı videomaterialı təqdim edirik: 

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO