Gənclər və İdman Nazirliyi olimpiya növləri üzrə milli komandaların idmançılarının oktyabr ayı üçün reytinq cədvəlini açıqlayıb.
Bizim.Media nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, bədii gimnastika üzrə qrup hərəkətləri komandası 685 xalla siyahıya başçılıq edir.
Bədii gimnast Zöhrə Ağamirova 640 xalla ikinci, idman gimnastı İvan Tixonov isə 380 xalla üçüncü pillədə yer alıb.
Qeyd edək ki, reytinq xallarının hesablanması Gənclər və İdman Nazirliyinin müəyyənləşdirdiyi qaydalara uyğun aparılır. Növlər üzrə beynəlxalq yarışlar öz reytinqinə əsasən 5 kateqoriyaya bölünür və həmin yarışlarda tutulan yerlərə uyğun xallar hesablanır.
Bizim.Media
- A-
- A
- A+
İdman
17:39 / 03.10.2022
İdmançılarımızın oktyabr üçün reytinq cədvəli bəlli oldu
Hazırda oxunan: İdmançılarımızın oktyabr üçün reytinq cədvəli bəlli oldu
Hazırda oxunan: İdmançılarımızın oktyabr üçün reytinq cədvəli bəlli oldu
97173
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.