Cenniferin keçmiş beysbolçu sevgilisi:

Cenniferin keçmiş beysbolçu sevgilisi: "Onun əri olmadığıma görə şadam" - FOTO

Hazırda oxunan: Cenniferin keçmiş beysbolçu sevgilisi: "Onun əri olmadığıma görə şadam" - FOTO

97059

Dünya pop səhnəsinin ulduzu Cennifer Lopezlə eşq yaşayan 47 yaşlı beysbolçu və fitnes məşqçi  Aleks Rodrigez qalmaqallı açıqlaması ilə gündəmə səs salıb.

Bizim.Media xəbər verir ki, bir il əvvəl müğənnidən ayrılan idmançı “Kris Uolleslə kim danışır” verilişində Lopezlə evlənməməsindən peşmançılıq çəkmədiyini deyərək, susqunluğunu pozub.

"Dinlə, Cenniferlə münasibətim yaxşı təcrübə idi. Ona və övladlarına ən yaxşısını arzulayıram. Deyərdim ki, onun əri olmadığıma görə şadam. Amma bu sözlərə görə məni Lopes daşlayacaq",- deyə Aleks bildiirb.
Qeyd edək ki, Cennifer Lopez və Aleks Rodrigez 2017-ci ildə görüşməyə başlayıblar və 2019-cu ilin martında nişanlandıqlarını elan ediblər.

Bununla belə, COVID-19 pandemiyası aşiqlərin münasibətlərinə kölqə salıb. Hətta onlar ailə psixoterapevtlərinə müraciət ediblər və nəticədə 2021-ci ilin aprelində ayrılmağa qərar veriblər. 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO