“Ermənistandan fərqli olaraq Azərbaycan beynəlxalq öhdəliklərinə ciddi yanaşır və hərbi əməliyyatlar zamanı törədilmiş cinayətlərlə bağlı iddialar müvafiq dövlət orqanları tərəfindən araşdırılır”.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Leyla Abdullayeva tviter səhifəsində yazıb.
“Lakin Ermənistan çoxsaylı hərbi cinayətlərə görə məsuliyyət daşıyanların məsuliyyətə cəlb edilməsi üçün hələ də heç bir addım atmayıb”, - XİN sözçüsü vurğulayıb.
Bizim.Media
Unlike #Armenia, #Azerbaijan takes its intl obligations seriously & claims related to crimes committed during military operations are investigated by relevant state bodies. But, Armenia has not yet taken any steps to bring those responsible for numerous war crimes to justice!
— Leyla Abdullayeva (@LAbdullayevaMFA) October 2, 2022