Serbiya prezidenti İlham Əliyevə: “Əziz dostum, indi Siz Avropada çox məşhurlaşmısınız” - VİDEO

Serbiya prezidenti İlham Əliyevə: “Əziz dostum, indi Siz Avropada çox məşhurlaşmısınız” - VİDEO

Hazırda oxunan: Serbiya prezidenti İlham Əliyevə: “Əziz dostum, indi Siz Avropada çox məşhurlaşmısınız” - VİDEO

96893

Oktyabrın 1-də Bolqarıstan Respublikasının paytaxtı Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimi keçirilib.

Bizim.Media xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

Mərasimdə çıxış edən Serbiya Prezidenti Aleksandr Vuçiç bildirib ki, İlham Əliyevin iştirakı olmasaydı, qaz, eləcə də elektrik enerjisi təchizatının şaxələndirilməsinə ümid etmək asan olmazdı:

“Dostumuz İlham Əliyevin iştirakı olmasaydı, bizim hər birimiz üçün qaz, eləcə də elektrik enerjisi təchizatının şaxələndirilməsinə ümid etmək asan olmazdı. Əziz dostum, görürəm ki, indi Siz Avropada çox məşhurlaşmısınız. Mən Sizinlə əlaqə saxlamaq istəyirəm. Mən onunla dəfələrlə danışmışam. O, Avropada çox məşhurlaşıb. Bu arada, bilmirəm o, nə edib, amma etiraf edim ki, bunun sirrini mən də bilmək istərdim”.

Bizim.Media

 


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO