Böyük Britaniya Danimarkaya

Böyük Britaniya Danimarkaya "Şimal axını"nın zərərlərini araşdırmağa KÖMƏK EDƏCƏK 

Hazırda oxunan: Böyük Britaniya Danimarkaya "Şimal axını"nın zərərlərini araşdırmağa KÖMƏK EDƏCƏK 

96889

Böyük Britaniya Danimarkaya "Şimal axını"nın zərərini araşdırmaqda kömək edəcək.

Bizim.Media “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Danimarkanın Baş naziri Mette Frederiksenin Britaniyalı həmkarı Liz Trasa "Şimal axını" qaz kəmərinə dəymiş ziyan barədə məlumat verərkən bildirilib.

"Onlar baş verənlərin açıq-aşkar təxribat aktı olduğu barədə razılığa gəliblər və insidentlərin birgə təhqiqatını müzakirə ediblər", - məlumatda deyilir.

Siyasətçilər külək enerjisinin inkişafı və milli təhlükəsizlik sahəsində əməkdaşlığın perspektivlərini də müzakirə ediblər.

Xatırladaq ki, sentyabrın 27-də Rusiyadan Avropaya qaz ixracının əsas marşrutu olan “Şimal axını” ilə qazın nəqli tamamilə dayandırılıb. Danimarka və İsveç hakimiyyət orqanlarının məlumatına görə, Bornholm adasının yaxınlığında “Şimal axını”nda iki və “Şimal axını 2”də bir qaz sızması aşkar edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO