Füzuli Mərkəzi Parkının torpaq nümunələri Türkiyədə analizdən keçiriləcək - FOTO

Füzuli Mərkəzi Parkının torpaq nümunələri Türkiyədə analizdən keçiriləcək - FOTO

Hazırda oxunan: Füzuli Mərkəzi Parkının torpaq nümunələri Türkiyədə analizdən keçiriləcək - FOTO

96826

Füzuli Mərkəzi Parkının torpaq nümunələri Türkiyədə laboratoriya analizindən keçiriləcək. 

Bu barədə Bizim.Media Qarabağ Dirçəliş Fondundan məlumat verilib. 

Bildirilib ki, Qarabağ Dirçəliş Fondu, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları və ölkəmizdə səfərdə olan Türkiyənin Kənd Təsərrüfatı və Meşə Nazirliyinin nümayəndələri arasında görüş keçirilib. 

Görüş zamanı qonaqlara “Füzuli Mərkəzi Park” layihəsi ilə bağlı ətraflı məlumat verilib, mövzu ilə bağlı müvafiq müzakirələr aparılıb. 

Daha sonra park ərazisinə aid olan müxtəlif yerlərdən torpaq nümunələri götürülüb. Qeyd olunub ki, əmin nümunələr Türkiyədə yerləşən müasir laboratoriyada aparılacaq analizlərinin nəticəsinə əsasən parkda əkilməsi üçün ərazinin iqlim şəraitinə uyğun olan ağac növlərinin müəyyənləşdirilməsinə töhfə verəcək. 
Qeyd edək ki, bu ilin mayın 10-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonunda yeni yaradılacaq mərkəzi parkın ərazisində ağac əkiblər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO