Əvvəlki illərdən bağlı qalan 19 qəsdən adam öldürmə cinayətinin üstü açılıb - RƏSMİ 

Əvvəlki illərdən bağlı qalan 19 qəsdən adam öldürmə cinayətinin üstü açılıb - RƏSMİ 

Hazırda oxunan: Əvvəlki illərdən bağlı qalan 19 qəsdən adam öldürmə cinayətinin üstü açılıb - RƏSMİ 

96781

Son bir il ərzində İstintaq idarəsi tərəfindən 12, Kriminalistika və informasiya texnologiyaları idarəsi tərəfindən 2 və tabe rayon prokurorluqları tərəfindən 5 olmaqla, əvvəlki illərdən bağlı qalmış qeyri-aşkar şəraitdə törədilmiş, ümumilikdə, 19 qəsdən adam öldürmə cinayətinin daxili işlər və dövlət təhlükəsizliyi orqanları ilə birgə keçirilmiş peşəkar istintaq-əməliyyat tədbirləri ilə açılması təmin edilməklə, onlardan 11-i üzrə ibtidai istintaqın yekunlaşdırılaraq baxılması üçün aidiyyəti üzrə məhkəmələrə göndərilməsi həyata keçirilmiş tədbirlərin bariz nümunəsidir.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycanın Baş prokuroru Kamran Əliyev rəsmi mətbuata məqaləsində bildirib.

“Ümumilikdə, bu dövr ərzində ölkə üzrə cəmi 17 205 cinayət işinin istintaqı tamamlanıb ki, bunlardan 1 411-i prokurorluq orqanlarında istintaq edilmiş, tabe rayon prokurorluqları tərəfindən korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlər üzrə 93 cinayət işinin istintaqı aparılmaqla qanunamüvafiq tədbirlərin görülməsi təmin edilmişdir”, - Baş prokuror vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO