8 ayın ən yaxşı ixracatçıları açıqlanıb

8 ayın ən yaxşı ixracatçıları açıqlanıb

Hazırda oxunan: 8 ayın ən yaxşı ixracatçıları açıqlanıb

96740

“İxrac İcmalı” tərəfindən qeyri-neft sektoru üzrə 2022-ci ilin yanvar-avqust aylarında həyata keçirilən ixracla bağlı həm qeyri-dövlət, həm də dövlətə məxsus ixracatçı subyektlərin reytinqi tərtib edilib.

Bizim.Media İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın sentyabr sayına istinadən xəbər verir ki, yanvar-avqust ayları üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda “MKT İstehsalat Kommersiya” MMC( 91,1 milyon ABŞ dolları), “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi (68 milyon ABŞ dolları), “STP Alüminium” MMC (28 milyon ABŞ dolları), “Baku Steel Company” MMC (27,1 milyon ABŞ dolları), “P-Aqro” MMC (26,5 milyon ABŞ dolları), “Almeyvə” MMC (25,1 milyon ABŞ dolları), Şirinov Elvin Valeh oğlu (24,6 milyon ABŞ dolları), “Mors Trading” MMC (24,6 milyon ABŞ dolları), “Rose Servis” MMC (23,3 milyon ABŞ dolları), “Şimal AqroPark” MMC (23,2 milyon ABŞ dolları) şirkətləri təmsil olunurlar.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına isə Azərbaycan Dövlət Neft Şirkətinin “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” (389,4 milyon ABŞ dolları) başçılıq edir.
Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunurlar:

“Socar Polymer” MMC (125,7 milyon ABŞ dolları), “Azəralüminium” MMC (98,9 milyon ABŞ dolları), “AzerGold” QSC (63,5 milyon ABŞ dolları), “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC (50,5 milyon ABŞ dolları), “Azərenerji” ATSC (35,7 milyon ABŞ dolları), “Azərbaycan Hava Yolları” QSC (4,8 milyon ABŞ dolları), “Azəripək” MMC (1,3 milyon ABŞ dolları), “Geofizika və Geologiya İdarəsi” (0,8 milyon ABŞ dolları), Naxçıvan MR Dövlət Energetika Xidməti (0,6 milyon ABŞ dolları).

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO