UWW reytinqi: 4 güləşçimiz dünya lideridir

UWW reytinqi: 4 güləşçimiz dünya lideridir

Hazırda oxunan: UWW reytinqi: 4 güləşçimiz dünya lideridir

96487

Azərbaycan millisinin 4 yunan-Roma güləşçisi 2022-ci ilin reytinq siyahısını öz çəkilərində birinci pillədə tamamlayıb.

Azərbaycan Güləş Federasiyasından Bizim.Media-ya verilən məlumata görə, bunlar Eldəniz Əzizli (55 kq, 55000 xal), Taleh Məmmədov (63 kq, 55200 xal), Həsrət Cəfərov (67 kq, 50500 xal) və Ülvü Qənizadədir (72 kq, 58380 xal).

Dünya Güləş Birliyinin (UWW) yekun reytinq siyahısında yığmanın 9 üzvü ilk "3-lük"də yer alıb. Digər yunan-Roma güləşçilərindən Rafiq Hüseynov (82 kq, 45200 xal) ikinci, Arif Niftulayev (97 kq, 44620 xal) üçüncü olub.

Qadın güləşində Elis Manolova (65 kq, 46400 xal) ikinci, sərbəst güləşdə isə Osman Nurmaqomedov (92 kq, 45500 xal) və Maqomedxan Maqomedov (97 kq 47520 xal) üçüncü yeri tutub.
Qeyd edək ki, xallar 4 reytinq turnirində, qitə çempionatlarında və dünya çempionatında göstərilən nəticələrə əsasən verilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO