Avro manat qarşısında tarixi minimuma enib

Avro manat qarşısında tarixi minimuma enib

Hazırda oxunan: Avro manat qarşısında tarixi minimuma enib

96177

Avropa valyutası manat qarşısında tarixi minimuma enib. 

Bizim.Media Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, sentyabrın 28-də avronun məzənnəsi 1,6236 manata enib.

Bu isə sentyabr ayının 1-i ilə müqayisədə Avropa valyutasının 4,6%, 2022-ci ilin əvvəlindən isə 17,7% ucuzlaşması deməkdir. Qeyd edək ki, 2022-ci ilin əvvəlində avro 1,9191 manata ticarət edilmişdi. 
Qeyd edək ki, avronun manat qarşısında ucuzlaşması ABŞ-ın Federal Ehtiyatlar Sisteminin uçot dərəcəsini növbəti dəfə artırması və dolları bahalaşdırması ilə bağlıdır.

Qurum növbəti dəfə sentyabrın 21-də uçot dərəcəsi 3-3,25%-ə qaldırılıb. Nəticədə Azərbaycan manatının dollara bağlı olması onun digər valyutalar qarşısında, o cümlədən avro qarşısında dəyər qazanmasını şərtləndirib. 

Federal Açıq Bazar Komitəsinin (FOMC) bəzi üzvləri FED-in 2022-ci ilin sonuna qədər uçot dərəcəsini 4,25-4,5%-ə qədər artıracağını gözləyirlər.

Bu isə o deməkdir ki, bu ilin sonuna kimi avro və digər valyutalar dollar qarşısında, o cümlədən manat qarşısında ucuzlaşmaqda davam edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO