“ABŞ hökumətinin Ermənistana hərbi dəstək verməyə hazır olması az əhəmiyyət kəsb etmir, lakin biz Ermənistana Rusiyanın əlinə keçəcək silahları verə bilmərik. Ona görə də müəyyən mənada əlimiz bağlıdır”.
Bizim.Media “aravot-ru.am” saytına istinadən xəbər verir ki, bu fikirləri konqresmen Ceki Speyer Amerika Erməni Assambleyasının təşəbbüsü ilə təşkil olunan onlayn görüşdə bildirib.
O, Ukraynanı misal çəkərək Ermənistanın da bu ölkənin yolu ilə gedəcəyinə və “Rusiyaya qarşı müqavimət göstərəcəyinə” ümid etdiyini bildirib.
Erməni kökləri olan Ceki Speyer Ermənistanı vətəni hesab etdiyini bildirib və ölkənin Sovet İttifaqının dönəminə qayıtmasını istəmədiyini qeyd edib.
“ABŞ Azərbaycana silah tədarükünün qarşısını almaq üçün nə edə bilər?” sualına konqresmen cavab verib ki, 907 saylı qətnaməni nəzərə alaraq, yaxın gələcəkdə Azərbaycana maliyyə ayrılmayacaq, ancaq Ermənistana verilən dəstək 45 milyon dollardan 60 milyon dollara yüksəlib.
Bizim.Media