Şabran rayonunun Gəndab kəndində Vətən Müharibəsi Şəhidləri anılıb.
Kəndin fəalları ,gənclər və məktəblilər Qarabağ müharibəsi şəhidi Füzuli Salahovun xatirə bulağının yanından Vətən Müharibəsi şəhidi Fətullah Siracovun xatirə barelyefinin yanınacan yürüş ediblər.
Birinci Qarabağ müharibəsi veteranı Rəşad Heydərovun Bizim.Media-ya verdiyi məlumata görə, çıxışlarda Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdikləri şücaətdən ətraflı danışılıb, xalqla Ordu-Dövlət birliyindən söz açılıb.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
![](http://ssl.bizim.media/file/articles/2022/09/27/1664291268_photo_2022-09-27_19-02-05.jpg)
![](http://ssl.bizim.media/file/articles/2022/09/27/1664291313_photo_2022-09-27_19-01-50.jpg)
![](http://ssl.bizim.media/file/articles/2022/09/27/1664291266_photo_2022-09-27_19-01-37.jpg)