“Nəqliyyatda gediş haqqının qaldırılması qaçılmazdı” - EKSPERT

“Nəqliyyatda gediş haqqının qaldırılması qaçılmazdı” - EKSPERT

Hazırda oxunan: “Nəqliyyatda gediş haqqının qaldırılması qaçılmazdı” - EKSPERT

96055

Sərnişindaşıma sahəsində fəaliyyət göstərən özəl nəqliyyat şirkətləri mövcud daşıma qiymətlrinin artırılması üçün Tarif Şurasına müraciət ediblər. Tarif Şurası isə öz növbəsində müraciəti ilk növbədə hökümətə yollayıb.

Təkliflərlə bağlı optimal qərarın verilməsində kompleks yanaşmanın tələb olunduğunu nəzərə alaraq, Nazirlər Kabineti tərəfindən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə bu sahədə xidmətin davamlılığının və rəqabətin təmin edilməsi, xidmət səviyyəsinin yüksəldilməsi məqsədilə aidiyyəti dövlət qurumlarının, bu sahədə fəaliyyət göstərən iri təsərrüfat subyektlərinin nümayəndələrindən ibarət işçi qrupun yaradılması və qaldırılan məsələlərin həlli yollarının müəyyənləşdirilməsi üçün təkliflər hazırlanması tapşırılıb. Növbəti mərhələdə Nazirlik tərəfinfən təkliflər hazırlanaraq hökumətə təqdim olunacaq.

Bəs, indiki vəziyyətdə Tarif Şurasi nəqliyyatda qiymətlərin artması barədə qərar verə bilərmi?

Nəqliyyat üzrə ekspert Elməddin Muradlı Bizim.Media-ya sərnişindaşımada qiymətlərin artımının qaçılmaz olduğunu bildirdi: 

“Bu qiymət artımı xidmətin yüksəlməsinə və keyfiyyətin artmasına təsir göstərə bilər. İndiki halda daşıyıcı şirkətlər çox əziyyət çəkirlər. Mövcud qiymətlər onları qane eləmir. Çünki, bahalı avtobuslar aldırırıq onlara, müxtəlif tələblər qoyuruq qarşılarına. Sonda isə deyirik ki, 30 qəpiyə sərnişin daşı. Burda 2 məsələ var: ya dövlət onlara dotasiya verməlidir, ya da qiymət artımı baş verməlidir. Ona görə də Tarif Şurası təhlillər aparacaq, vəziyyəti bir daha öyrənəcək, sonra qərar verəcək”.

Elməddin Muradlı onu da əlavə etdi ki, indiki halda bizə düşən təmkinli olmaqdır. Hökümətin verəcəyi qərarı gözləməliyik.

Bütün hallarda daşıyıcı şirkətləri başa düşmək lazımdır. Misal üçün daşıyıcı şirkətlər əvvəl aldıqları hansısa ehtiyat hissələrinə 200 dollar verirdilərsə, indi 500 dollar ödəmək məcburiyyətindədirlər. Sürgü yağları, ehtiyat hissələri bahalaşıb. Yəni bahalaşmayan bir şey yoxdur. Daşıyıcı şirkətlərə də heç bir dəstək yoxdur. 

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO