Son nəfəsində atasına “MƏN ÖLÜMSÜZƏM” dedi - Şəhid Ruhid İslamlının HƏYAT YOLU 

Son nəfəsində atasına “MƏN ÖLÜMSÜZƏM” dedi - Şəhid Ruhid İslamlının HƏYAT YOLU 

Hazırda oxunan: Son nəfəsində atasına “MƏN ÖLÜMSÜZƏM” dedi - Şəhid Ruhid İslamlının HƏYAT YOLU 

95999

Sentyabrın 27-si Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarının məqsədilə başladılan Vətən müharibəsində canlarından keçən qəhrəman şəhidlərimizin Anım Günüdür.

Bu gün Vətən Müharibəsinin şəhidi Ruhid Uğur oğlu İslamlı da ehtiramla anılır. 

Gənc psixoloq Ruhid İslamlı 1999-cu il aprelin 1-də Lerik rayonunun Çeşman kəndində anadan olub. 1 bacı və 1 qardaş böyüyüblər. 2000-ci ildə ailə Bakıya köçüb. Ruhid 4 yaşından bağçaya, 2005-ci ildən isə Əhmədli Humanitar Fənlər Təmayüllü Məktəb Liseyinin 1-ci sinfinə gedib.

2011-ci ildən Suraxanı rayonu Dədə Qorqud qəsəbəsində yerləşən 315 nömrəli məktəbdə təhsilini davam etdirib. Təhsil aldığı müddətdə hələ kiçik yaşlarından Ruhid cüdo, cuicutsso, teakvondo, güləş, qaydasız döyüş, üzgüçülük və digər idman növləri ilə məşğul olub, yarışlarda iştirak edib. Regional və Respublika səviyyəli rəsmi dövlət yarışlarına qatılıb, 1 və 2-ci yerləri qazanıb.

Həmçinin məktəb fəaliyyəti dövründə də intellektual yarışlara, viktorinalara, olimpiadalara qatılıb, özü də bir sıra yarışlar, flaşmoblar və s. təşkil edib. 

Ruhid hələ məktəb dövründə ikən öz yaşıdları arasında zəkası, səlis nitqi, sosial aktivliyi və ən əsası isə vətənpərvərliyi ilə seçilib. Naxçıvan Dövlət Universitetinin məzunu, ixtisasca psixoloq idi. Sosial şəbəkələrdəki təbliğatlarında, çıxışlarında həmişə şəhid mövzularına üstünlük verərdi.
 

MÖVZU İLƏ BAĞLI:

Sentyabrın 27-si Azərbaycanda Anım Günüdür


2016-cı ildə Naxçıvan MR-nın Müəllimlər İnstitutunun Təhsildə sosial psixoloji xidmət ixtisasında təhsil almağa başlayıb və 2-ci kursdan universitetdə YAP Gənclər təşkilatının sədri kimi fəaliyyətə başlayıb. Gənclər birliyinə sədrlik edib. Azərbaycan Maarifçilər Assossiysiyasının üzvü olub. 

2018-ci ildə YAP-ın fəal gənc üzvü seçilib. 

2020-ci ildə ali təhsilini başa vurandan sonra xidməti borcunu ödəmək üçün hərbi xidmətə yollanıb. 

Bizim.Media-ya danışan şəhidimizin atası Uğur İslamlı deyir ki, oğlu istər məktəb, istərsə də universitet illərində iştirak etdiyi tədbirlərdə milli ruhlu şeirləri, vətənpərvərlik mövzusundakı çıxışları ilə yadda qalıb:

“Hazırda oğlumun məzarə başındayam. Yad etməyə gəlmişik. Qədə Qorqud qəbirstanlığındakı Şəhidlər Xiyabanında 22 şəhid uyuyur. Bu gün bütün şəhid ailələri üçün ağır gündür. Yaramız təzələndi, sanki o stressli günləri yenidən vərəqlədik. Hər birinin məzarənı ziyarət edib, ruhuna dualar oxuyuruq. Oğlumla son danışığım və mənə dediyi o ifadəni unuda bilmirəm. 2020-ci il oktyabrın 6-da axsam saat 20:00-da ölümündən yarım saat əvvəl danışdıq. “Ata yağış yağır, amma torpaqlarımızın azadlığı uğrunda vuruşuruq.

Özündən muğayat ol, qismətimiz nədirsə o olacaq, mən ölümsüzəm” dedi. Çox sərbəst və rahat uşaq idi. Yaşına görə çox istedadlı, aktiv və həddindən artıq məlumatlı idi”. 
 

Ruhid İslamlı 2020-ci il oktyabrın 6-da Ağdərə-Tərtər istiqamətində (Çənlibel postunda) gedən şiddətli döyüşlərdə qəhrəmancasına şəhid olub. Şəhid Suraxanı rayonu Dədə Qorqud qəsəbəsindəki şəhidlər Xiyabanında dəfn edilib. 


Silahlı Qüvvələrin hərbi qulluqçusu Ruhid Uğur oğlu İslamlı ölümündən sonra Prezident İlham Əliyevin sərəncamları ilə "Vətən uğrunda" "Suqovuşanın azad olunmasına görə", "Vətən Müharibəsi iştirakçısı", "Cəsur döyüşcü" medalları ilə təltif edilib.

Alçina Amilqızı, Bizim.Media  











© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO