Azərbaycan Ermənistanda keçiriləcək “Uşaq Avroviziya”sında iştirak etməyəcək

Azərbaycan Ermənistanda keçiriləcək “Uşaq Avroviziya”sında iştirak etməyəcək

Hazırda oxunan: Azərbaycan Ermənistanda keçiriləcək “Uşaq Avroviziya”sında iştirak etməyəcək

95852

Azərbaycan bu il Ermənistanda keçirilməsi nəzərdə tutulan “Uşaq Avroviziya” beynəlxalq mahnı yarışmasında iştirak etməyəcək.  

Bizim.Media xəbər verir ki, bu haqda müsabiqənin rəsmi saytında məlumat verilib. 

Belə ki, müsabiqədə iştirak edəcək yekun 16 ölkənin adı qeyd olunub.

Həmin ölkələr sırasında isə Azərbaycanla yanaşı Rusiya, Bolqarıstan və Almaniya bu il sözügedən yarışmaya qatılmaqdan imtina edib.  

Qeyd edək ki, ötən il Azərbaycanı “Uşaq Avroviziya”da Sona Əzizova təmsil edib.  O, yarışmada 151 xall toplayaraq 5-ci yerə çıxıb. 

Rəşad Əliyev, Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO