Emin Milli və Georgi Vanyan: “İqtisadi əməkdaşlıq sülhün təminatçısı ola bilər”

Emin Milli və Georgi Vanyan: “İqtisadi əməkdaşlıq sülhün təminatçısı ola bilər”

Hazırda oxunan: Emin Milli və Georgi Vanyan: “İqtisadi əməkdaşlıq sülhün təminatçısı ola bilər”

9583

“Sülh danışıqları nə qədər uzanarsa, o qədər də təhlükəli ola bilər. Ancaq maddi və iqtisadi cəhətdən inkişafa nail olmaq insanları siyasətdən uzaqlaşdıra bilər”.

Bizim.Media məlumat verir ki, nüfuzlu “İnternational Business Times” nəşrində Azərbaycanlı ictimai fəal Emin Milli və Ermənistanlı sülh aktivisti, Qafqaz Sülh Yaratma Təşəbbüsləri Mərkəzinin sədri Georgi Vanyanın birgə məqaləsi dərc edilib.
 

MÖVZU İLƏ BAĞLI:

Müharibədən sonra Azərbaycan necə olmalıdır?- Emin Millinin müsahibəsi - VİDEO


“Azərbaycan və Ermənistan: Uzlaşma işi” adlanan məqalədə həmmüəlliflər Azərbaycan və Ermənistan arasındakı iqtisadi inkişafın regionda sülhün əsas vasitəçisi və təminatçısı olacağını qeyd ediblər.

Məqalədə Emin Milli və Georgi Vanyan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Qərbin yoxluğunun özünü göstərdiyini qeyd ediblər.

Davamlı sülhün və barışığın olması üçün əsaslı müqavilənin hələ olmadığına diqqət çəkən müəlliflər, ABŞ-ın yeni prezidenti Co Baydenin münaqişənin tənzimlənməsində yaxından iştirak etmək istəyində olduğunu vurğulayıblar.

Müəlliflərin fikrincə, ABŞ heç bir halda Rusiyanın Qafqazda güclənməsini istəmir.

Müəlliflər hər iki xalqın bir vaxtlar qonşu olaraq yaşamalarına baxmayaraq indi bir-biri haqqında heç nə bilmədiklərini qeyd ediblər. Bunun yenidən başlamaq üçün uyğun vaxt olduğunu bildirən müəlliflər, qarşılıqlı əməkdaşlığın xalqlar arasındakı dumanı dağıdacağına ümid edirlər.

Hər iki xalqın yenidən birgə yaşamalı olduğunu qeyd edən Emin Milli və Georgi Vanyan, konflikt nəticəsində 90-cı illərdə azərbaycanlıların Qarabağdan köçməyə məcbur olduğu kimi, son hadisələr nəticəsində ermənilərin də Qarabağdan qaçmasına diqqət çəkiblər.

Onların fikrincə, indi isə ermənilərin qayıtması üçün cəsarət vermək lazımdır. Azərbaycan bu məsələdə öz iqtisadi potensialını istifadə etməlidir.

Bunlar da kifayət etməyəcək, müharibənin yaraları hələ davam edəcək, - deyə müəlliflər qeyd ediblər.

Hər iki ölkə arasında qarşılıqlı tərəfdaşlığın inkişafı üçün medianın da xüsusi rol oynamalı olduğunu qeyd edən müəlliflər, Erməni və Azərbaycanlı iş adamlarına bu iş üçün maddi vəsait ayrılmalı olduqlarını bildiriblər.

Bu addım gələcəkdə birgə yaşamağı daha da asanlaşdıra bilər.

Müəlliflərin fikrincə, sülh danışıqlarına başlamaq üçün danışıqların son detallarını gözləmək lazımdır. Sülh danışıqları nə qədər uzanarsa, o qədər də təhlükəli ola bilər. Lakin maddi və iqtisadi cəhətdən inkişafa nail olmaq insanları siyasətdən uzaqlaşdıra bilər.

İqtisadi inkişaf sülhün əsas təməli olmasa da, bu prosesin inkişafına ciddi təkan verə bilər. Bu amil xalqlar arasındakı əlaqələri də təmin edəcək və tədricən xalqların bir-birinə qarşı münasibətinin inkişafına gətirib çıxaracaq.

Eynilə Almaniya və Fransa da ikinci dünya müharibəsindən sonra qarşılıqlı iqtisadi münasibətləri canlandırmış və bunun nəticəsində iki ölkə arasındakı siyasi düşmənçilik unudulmuşdu.

Biz isə qonşularımızla daha yaxşı iqtisadi inkişafa nail ola bilərik - deyə müəlliflər qeyd ediblər.

Qərb ölkələrinin bu addıma dəstək olacaqları təqdirdə daha tez nəticə əldə ediləcəyini qeyd edən müəlliflər, Qərbin də Türkiyə və Rusiyanın regiondakı mövqeyini qəbul etməli olduğu düşüncəsindədir.

Qərbin bundan xoşu gəlməyə bilər, lakin regionda dayanıqlı sülhə nail olmaq istəyirlərsə, bunu etməlidirlər, - deyə müəlliflər bildirib.

Lakin müəlliflərin fikrincə, yeni ABŞ prezidenti Co Bayden qarşılıqlı uzlaşma məsələsində daha ümidvericidir, çünki Bayden Rusiya ilə yaxınlaşma siyasətini seçmək istəyir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO