Sabirabadda avtomobil aşdı - Sürücü xəsarət aldı – FOTO

Sabirabadda avtomobil aşdı - Sürücü xəsarət aldı – FOTO

Hazırda oxunan: Sabirabadda avtomobil aşdı - Sürücü xəsarət aldı – FOTO

95776

Sabirabadda baş verən qəza zamanı avtomobil aşıb, sürücü ağır xəsarət alıb.

Bizim.Media xəbər verir ki, yol-nəqliyyat hadisəsi ötən gün saat 23 radələrində Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun Sabirabad rayonunun Şəhriyar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Sabirabad rayonunun Nərimankənd kənd sakini, 1973-cü il təvəllüdlü Cəfərov Ağabala Bəybala oğlu idarə etdiyi “Naz Lifan” markalı avtomobillə hərəkətdə olarkən sərt döngədə idarəetməni itirib və avtomobil aşıb.
Qəza nəticəsində sürücü ağır kəllə-beyin travması ilə Şirvan Şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO