Qırğızıstanın yeni prezidenti Japarov ilk səfərini Rusiyaya edəcək

Qırğızıstanın yeni prezidenti Japarov ilk səfərini Rusiyaya edəcək

Hazırda oxunan: Qırğızıstanın yeni prezidenti Japarov ilk səfərini Rusiyaya edəcək

9572

Qırğızıstanın yeni seçilmiş prezidenti Sadır Japarov ilk xarici səfərini Rusiyaya edəcək.

Bizim.Media xəbər verir ki, bu barədə Baş nazirin müavini vəzifəsini icra edən Ravşan Sabirov bildirib.

TASS agentliyi yazır ki, siyasətçi planlaşdırılan səfərin tarixini açıqlamayıb.

Qeyd edək ki, yanvarın 10-da Qırğızıstanda prezident seçkiləri və respublikada idarəçilik formasının müəyyənləşdirilməsi ilə bağlı referendum keçirilib. Seçici fəallığı 40% -dən az olub.

Referendumun nəticələrinə görə, prezident institutunun gücləndirilməsini 1,1 milyondan çox qırğızıstanlı dəstəkləyib, parlament idarəçiliyinə 152 min nəfər (11% -dən bir qədər az) səs verib.

Xatırladaq ki, Japarov seçkilərdə 79,23% səs toplayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO