Azərbaycanda sabaha olan hava PROQNOZU

Azərbaycanda sabaha olan hava PROQNOZU

Hazırda oxunan: Azərbaycanda sabaha olan hava PROQNOZU

95670

Sabah Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Lakin səhər yarımadanın bəzi yerlərində az çiskinli olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya bildirilib ki, havanın temperaturu gecə 16-19° isti, gündüz 21-23° isti olacaq. Bakıda gecə 17-19° isti, gündüz 21-23° isti olacaq.

Atmosfer təzyiqi 767 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi şərq rayonlarında az yağış yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman gözlənilir. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 15-18° isti, gündüz 25-30° isti, dağlarda gecə 4-7° isti, gündüz 8-13° isti olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO