“SpaceX” kompaniyasının “Falcon 9” daşıyıcı raketi qlobal internet şəbəkəsi üçün nəzərdə tutulan “Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb. Daşıyıcı raket şənbə günü ABŞ-ın Şərq sahili vaxtı ilə saat 19:32-də (Bakı vaxtı ilə bazar günü 03:32) Kanaveral burnundakı (Florida ştatı) kosmodromundan start götürüb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı kompaniyanın mətbuat xidməti yayıb.
Mənbə yazır ki, yerətrafı orbitə daha 52 mini-peyk çıxarılıb. Bu, 2019-cu ilin mayından bəri “Starlink” internet peyklərinin orbitə çıxarılan sayca 62-cü qrupudur və onların ümumi sayı 3,3 mini ötüb.
Dünyanın ən böyük peyk operatoru olan “SpaceX” orbitə ümumilikdə təxminən 12 min kosmik aparat çıxarmağı planlaşdırır. Kompaniyanın qiymətləndirməsinə əsasən, layihənin reallaşdırılması 10 milyard dollara başa gələcək.
Hazırda “Starlink” peyk şəbəkəsi dünyanın 40 ölkəsində, o cümlədən Şimali Amerika, Avropa, Uzaq Şərq və Avstraliyada istifadəçilər üçün əlçatandır.
Bizim.Media
- A-
- A
- A+
Dünya
11:00 / 25.09.2022
“SpaceX” kompaniyası orbitə daha 52 internet peyki çıxardı
Hazırda oxunan: “SpaceX” kompaniyası orbitə daha 52 internet peyki çıxardı
Hazırda oxunan: “SpaceX” kompaniyası orbitə daha 52 internet peyki çıxardı
95659
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.