Nazir Qırmızı Xaç Komitəsini Ermənistana təzyiq göstərməyə ÇAĞIRDI 

Nazir Qırmızı Xaç Komitəsini Ermənistana təzyiq göstərməyə ÇAĞIRDI 

Hazırda oxunan: Nazir Qırmızı Xaç Komitəsini Ermənistana təzyiq göstərməyə ÇAĞIRDI 

95507

Xəbər verdiyimiz kimi Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) prezidenti Piter Maurer Nyu-Yorkda BMT-nin Baş Assambleyasının sessiyası çərçivəsində xarici İşlər naziri Ceyhun Bayramov ilə görüşüb.

Bizim.Media xəbər verir ki, nazir BQXK-nın humanitar sahədə Azərbaycanın əsas tərəfdaşlarından olduğunu qeyd edərək, itkin düşmüş şəxslərlə bağlı məlumatın əldə edilməsi, 3800-dən çox azərbaycanlının taleyinin müəyyən edilməsi üçün müvafiq işlərin davam etdirilməsinin və Ermənistana bu istiqamətdə təzyiq göstərilməsinin vacibliyini vurğulayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Ceyhun Bayramov Qırmızı Xaç Komitəsinin prezidenti ilə görüşdü


BQXK Prezidenti Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığa daim açıq olduğunu və bu illər ərzində həyata keçirilən iş birliyindən məmnun olduqlarını ifadə edib.

Son gərginləşmədən sonra bölgədə fəal surətdə tərəflərlə təmasda olduğu və ölkəmiz tərəfindən göstərilən dəstəyə görə minnətdarlıq bildirib.

Eyni zamanda, Azərbaycanın azad edilmiş ərazilərində mina məsələsi və törətdiyi fəlakətlər, mina probleminin nəticələrinin aradan qaldırılmasında Azərbaycanla BQXK arasında mümkün əməkdaşlıq üzrə fikir mübadiləsi aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO