Fransada bir qrup erməni Azərbaycan mədəniyyət mərkəzinə hücum etməyə çalışıb -VİDEO 

Fransada bir qrup erməni Azərbaycan mədəniyyət mərkəzinə hücum etməyə çalışıb -VİDEO 

Hazırda oxunan: Fransada bir qrup erməni Azərbaycan mədəniyyət mərkəzinə hücum etməyə çalışıb -VİDEO 

95504

Fransada bir qrup erməni Azərbaycan səfirliyinin mədəniyyət mərkəzinə hücum etməyə çalışıb.

Bizim.Media “report”a istinadən xəbər verir ki, polisin müdaxiləsi nəticəsində hücumun qarşısı alınıb.

Ermənilər mədəniyyət mərkəzinin binasına yalnız rəngli boya atmağa nail olublar.

Polis təxribatçıları hadisə yerindən uzaqlaşdırıb. Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyinin təşkilatçılığı ilə Azərbaycan mədəni irsinin dağıdılmasına həsr edilmiş tədbir baş tutub.

Mərkəzə tədbirə gələn fransalı qonaqlar erməni radikalların təxribatının şahidi olublar və bu əməlləri pisləyiblər.

Qonaqlar və işçilər arasında xəsarət alan olmayıb.

Bizim.Media
 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO