352 hərbçi yüksək texnologiyalı protezlə TƏMİN OLUNUB – RƏSMİ  

352 hərbçi yüksək texnologiyalı protezlə TƏMİN OLUNUB – RƏSMİ  

Hazırda oxunan: 352 hərbçi yüksək texnologiyalı protezlə TƏMİN OLUNUB – RƏSMİ  

95410

“Son 2 ildə 350-dən çox hərbçimizin yüksək texnologiyalı müasir 4-cü nəsil protezlə təminatı həyata keçirilib”. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri  Sahil Babayev deyib. 

O qeyd edib ki, onlardan 200-ü Vətən müharibəsində əzalarını itirmiş qəhrəmanlarımızdır. 

Nazir bildirib ki, son 3 ildə ölkənin bütün regionlarını əhatə edən 11 reabilitasiya və sosial xidmət mərkəzinin tam təmir edilərək, müasir avadanlıqlarla təchiz edilmiş şəkildə istifadəyə verilib. 

S.Babayev həmin mərkəzlərdə 3 minədək müharibə əlilinə müasir standartlara uyğun reabilitasiya xidmətləri göstərildiyini qeyd edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO